Koronavirusa görə dayandırılan futbol üzrə Fransa çempionatı ilə bağlı qərar verilib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Eduar Filipp məlumat verib. Baş nazir bildirib ki, cari çempionat davam etdirilməyəcək.
Bu qərar Fransada sentyabr ayına qədər bütün idman yarışları təxirə salınması ilə bağlı olub. Qərar Liqa 1-lə yanaşı, Liqa 2-yə də aiddir. Toyuqlu pizza
Fransa Futbol Federasiyası bu yaxnlarda iclas keçirəcək və avrokuboklara yollanacaq komandaları müəyyənləşdirəcək.
Telegram kanalımız