“Fransa polisi bizi amansızcasına döydü” - Əfqan mühacir

saytların hazırlanması

Evə çatdırılma

“Fransa polisi bizi amansızcasına döydü” - Əfqan mühacir

Dünya

26 Noyabr 2020 09:49 1141


“Əfqanıstanı tərk edərək daha təhlükəsiz məkanda yaşamaq üçün Fransaya qaçdıq, lakin burada insanlara qarşı daha şiddətli hadisələrin şahidi olduq”.

Yenisabah.az xəbər verir ki, bu barədə əfqanıstanlı mühacir Murtaza Xademi Fransada başına gələnlərdən danışarkən bildirib.

O qeyd edib ki, Fransa polisində mərhəmət yoxdur: “Onların humanist olduğunu düşünürdük, bizi amansızcasına döyənədək...”. Pepperoni pizza

Dari dilində fikirlərini ifadə edən 27 yaşlı Xademinin sözlərinə görə, ilk gündən sığınacaq axtaran digər insanlar kimi şəhərin mərkəzi meydanlarının birində qurulmuş çadırlarda məskunlaşıb. Bazar ertəsi gecə saatlarında Fransanın çevik polis qüvvələri hərəkətə keçib. Polis zabitlər onları çadırlardan çıxartmağa çalışarkən miqrantların etirazı ilə qarşılaşıb: “Polislər bizi dəyənəklə amansızcasına döyməyə başladı. Canımızı polisin əlindən güclə qurtardıq, bütün əşyalarımız çadırın içərisində qaldı. Geriyə yolumuz yoxdur, burada qalmalı və vəziyyətə dözməliyik, çünki başqa seçimimiz yoxdur”.

Qeyd edək ki, Fransa Daxili İşlər Naziri Gerald Darmanin polisin miqrantlarla qarşıdurmasına münasibət bildirib. Nazir bəzi səhnələrin “şok” olduğunu etiraf edərək miqrantlarla qəbuledilməz davranan zabitlərin cəzalandırılacağını söyləyib. APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!