Fransa polisi Ermənistan vətəndaşını saxladı

saytların hazırlanması

Evə çatdırılma

Fransa polisi Ermənistan vətəndaşını saxladı

Maraqlı

06 Fevral 2022 12:39 943


Fransa polisi qaydaları pozan Ermənistan vətəndaşını saxlayıb.

Yenisabah.az xəbər verir ki, polis əməkdaşları Karkason şəhərində reyd zamanı "qırmızı işıq"da keçən avtomobilə saxla əmri verib.

Sürücü əmrə tabe olmadığı üçün təqib edilərək saxlanılıb. pizza sifarişi

Yoxlama zamanı onun 52 yaşlı Ermənistan vətəndaşı olduğu müəyyən edilib. Polis idarəsinə gətirilən erməninin sürücülük vəsiqəsi olmadığı üzə çıxıb. Alkoqol müayinəsi zamanı onun qanında 1,12 promil spirt aşkarlanıb.

Karkason polisi faktı rəsmiləşdirərək hüquqi qiymət verməsi üçün prokurorluğa göndərib. Ermənistan vətəndaşı iltizam alınaraq sərbəst buraxılıb./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!