Fransa qaydaları sərtləşdirdi - Gecələr spirtli içkilər satılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Fransa qaydaları sərtləşdirdi - Gecələr spirtli içkilər satılmayacaq

Dünya

15 Sentyabr 2020 10:29 754


Fransada koronavirusa yoluxanların sayı günbəgün artır. Bu səbəblə ölkədə gecə həyatı və spirtli içki istehlakına məhdudiyyət qoyulub.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, Fransanın yerli saatı ilə 20:00-dan etibarən  ictimaiyyətə açıq yerlərdə spirtli içki qadağan edilib. Bar və gecə klublarında isə 00:30-dan 06:00-dək fəaliyyət dayandırılıb.

Fransa Səhiyyə Nazirliyi isə ölkədə son sutka ərzində 6 min 158 nəfərə COVID-19 diaqnozu qoyulduğunu açıqlayıb. Beləliklə, yoluxma sayı 387 min 252 nəfərə çatıb. Ölənlərin sayı 34 nəfər artaraq 30 min 950 nəfər olub. Hazırda Fransada 448 nəfər reanimasiyada olmaqla 2 min 561 nəfər xəstəxanada müalicə altındadır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!