Fransa qılıncoynadanı yarışlardan kənarlaşdırıldı - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Fransa qılıncoynadanı yarışlardan kənarlaşdırıldı - SƏBƏB

İdman

09 Fevral 2024 18:35 720


Fransalı qılıncoynadan İsaora Tibus beynəlxalq yarışlardan dopinqə görə müvəqqəti olaraq kənarlaşdırılıb.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) qərar verib.

Rapira növündə çıxış edən idmançı anormal dopinq testinin nəticəsinə görə turnirlərdən uzaqlaşdırılıb. Toyuqlu pizza

Fransa Qılıncoynatma Federasiyasından (FFE) bildirilib ki, yanvarın 14-də ondan götürülmüş testin nəticəsi müsbət olub.

FFE Tibusun qəsdən dopinqdən istifadə etmədiyini və bunun üçün məyus olduğunu açıqlayıb.

Qeyd edək ki, İsaora Tibus dünya və Avropa çempionatlarının mükafatçısı olmaqla yanaşı, dördqat ölkə çempionudur. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da gümüş medal əldə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!