Fransa səfiri Füzulidə minaya düşənlərlə bağlı başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Fransa səfiri Füzulidə minaya düşənlərlə bağlı başsağlığı verdi

Maraqlı

01 Oktyabr 2022 12:29 881


Fransanın Azərbaycandakı səfiri Zakari Qross Füzulidə mina partlaması nəticəsində iki nəfərin həlak olması ilə bağlı başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, səfir bu barədə özünün tvitter səhifəsində yazıb.

“Füzuli rayonu ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində Amid Əsədov və Çərkəz Quluzadənin həlak olması xəbəri məni kədərləndirdi”, - Qrossun paylaşımında deyilir. Dominos pizza

Xatırladaq ki, sentyabrın 30-u Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadə minaya düşərək həlak olublar.

Amid Əsədov Masallı rayonu Hacıtəpə kəndində, Çərkəz Quluzadə isə Füzuli rayonu Ağaxanlı kəndində anadan olmuşdu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!