Fransa və digər ölkələr insan haqlarını pozur -   “Amnesty International”

saytların hazırlanması

Evə çatdırılma

Fransa və digər ölkələr insan haqlarını pozur - “Amnesty International”

Dünya

07 Aprel 2021 10:45 586


Koronavirus pandemiyası göstərdi ki, dünyada beynəlxalq siyasi sistemin natamamlığının nəticəsi olan sistem bərabərsizliyi və zülm mövcuddur.

Yenisabah.az xəbər verir ki, bu barədə “Amnesty International” qeyri-hökumət təşkilatı tərəfindən aprelin 7-də yayılmış illik məruzədə deyilir.

“COVID-19 pandemiyası ölkələr arasındakı və bərabərsizlikləri kəskin şəkildə ortaya qoydu və artırdı və liderlərimizin insan dəyərlərinə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirdi”, - deyə “Amnesty International”ın baş katibi Agnes Kallamar deyib. Onun fikrincə, dünya xaosdadır və bəzi siyasətçilər artıq sosial, iqtisadi və siyasi sistemlərin parçalandığını inkar edə bilməzlər. Toyuqlu pizza

Məruzənin müəllifləri diqqəti azı 10 dövlətin pandemiyaya görə insan hüquqları üzrə Avropa konvensiyasından geri çəkilməsinə yönəldiblər. (Report)

Qeyd edilir ki, regionun bir sıra ölkələrinin liderləri mövcud və yeni hüquq normalarından fikir ifadəsi azadlığını məhdudlaşdırmaq üçün sui-istifadə ediblər. Xüsusi halda belə Avropa ölkələri kimi Fransa, Polşa, Rumıniyanın adları çəkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!