Fransanın Səhiyyə naziri Olivye Veran etiraf edib ki, ölkə hökuməti COVID-19 infeksiyasının yayılması səbəbindən sərhədlərin yenidən bağlanması ehtimalını istisna etmir.
Yenisabah.az xəbər verir ki, nazirin fikrincə, Fransa hökuməti qonşu ölkələrdə epidemiyanın inkişafını diqqətlə izləyir.
Bununla belə, o, sərhədlərin yenidən bağlanmasını “çox arzuolunmaz hal” adlandırıb. Marqarita pizza
“Biz əlimizdən gələni edirik ki, əvvəlki vəziyyətə qayıtmayaq. Heç bir ölkə iqtisadiyyatının iflic olmasını istəmir. Bu, nəzərdən keçirdiyimiz ən son variantdır”, - deyə Veran bildirib.
Telegram kanalımız