Fransada 150 baykerin iştirakı ilə baş verən davada ölən və xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Fransada 150 baykerin iştirakı ilə baş verən davada ölən və xəsarət alanlar var

Dünya

18 Sentyabr 2021 23:07 933


Fransanın cənub-qərbindəki Tarbes şəhərində 150 ​​baykerin iştirak etdiyi kütləvi davada 1 nəfər ölüb, daha 2 nəfər bıçaq xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "France İnfo" radiostansiyası məlumat yayıb.

Hadisə musiqi, döymə sərgisi və poker turnirinin yer aldığı Amerika Salon Festivalının keçirildiyi Sərgi Parkında baş verib. Dominos pizza

Kütləvi davanın səbəbləri hələlik məlum deyil.

Hüquq-mühafizə orqanları dava zamanı insanlara xəsarət yetirən şəxsin axtarışına başlayıb.

Tarba şəhərinin meri Qerard Tremeje festivalın dərhal dayandırılmasını əmr edib və iştirakçıların evlərinə qayıtmasını tələb edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!