Fransada arı hücumu nəticəsində 20-dən çox insan yaralanıb

saytların hazırlanması

Evə çatdırılma

Fransada arı hücumu nəticəsində 20-dən çox insan yaralanıb

Dünya

07 İyul 2025 16:13 315


Fransada arı hücumu nəticəsində 24 adam yaralanıb. 

Yenisabah.az xəbər verir ki, bədbəxt hadisə Kantal adlı bölgədə otellərdən birində yaşanıb. Xəsarət alanların üçü reanimasiyaya yerləşdirilib.

Bu barədə BFMTV kanalı məlumat yayıb. pizza sifarişi

Pətəklərin otelin terrasında olduğu bildirilir. Arılar bir neçə dəqiqə ərzində yoldan keçənlərə hücum ediblər. Telekanalın məlumatına görə, həkimlər zərərçəkənlərdən birində ürək dayanması diaqnozu qoyub.

Mütəxəssislərin fikrincə, bu çox nadir hallarda baş verir. Ehtimallara görə, bu, cinsin inkişafı ilə əlaqədardır . Çarpazlaşma nəticəsində arılar daha aqressivləşir./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!