Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

saytların hazırlanması

Evə çatdırılma

Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

Dünya

25 Mart 2025 23:32 473


Fransanın iki kəşfiyyat təyyarəsi Yuxarı Marnda (Haute-Marn) təlim zamanı toqquşub.

"Yeni Sabah" xəbər verir ki, Fransa Hərbi Hava Qüvvələrinin məlumatına görə, təlim zamanı Fransa kəşfiyyatına məxsus (Patrouille de France) iki “Alpha Jet” reaktiv təyyarəsi Sənt-Dizyedə (Saint –Dizier) 113 saylı hava bazası yaxınlığında martın 25-də yerli vaxtla saat 15:35-də toqquşub.

Bildirilir ki, iki pilot və bir sərnişin katapult edə biliblər və şüurlu vəziyyətdədirlər. Üçüncü şəxslərə dəyən ziyan və mümkün mülki itkilərlə bağlı qiymətləndirmə aparılır.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!