Fransanın Indre-et-Luara bölgəsinin Loçes şəhərində havada iki təyyarə toqquşub.
Yenisabah.az İHA-ya istinadən xəbər verir ki, təyyarələrdən biri kiçikmühərrikli, digəri isə turizm üçün nəzərdə tutulmuş kiçikhəcmli təyyarə olub. Qəza zamanı təyyarələrdə olan 5 nəfər həlak olub.
Hər iki təyyarə ərazidəki evlərdən birinin bağçasına çırpılıb. Toyuqlu pizza
Loçes Bələdiyyə Başçısı Marc Angenault təyyarələrin düşdüyü ərazidə elə bir ciddi ziyan olmadığını bildirib: “Təxminən 40 xilasedici və aviasiya mütəxəssisi qəza bölgəsində müvafiq tədbirlər həyata keçirir. Qəzanın başvermə səbəbi araşdırılır”.
Telegram kanalımız