Fransada son sutka ərzində koronavirusda 104 nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, məlumatı Fransa Səhiyyə Nazirliyi yayıb. Açıqlamada bildirilir ki, bugünədək 27 min 529 nəfər COVİD-19 səbəbilə həyatını itirib.
Qeyd edək ki, infeksiya daşıyıcılarından 2 min 203 nəfər reanimasiyada olmaqla ümumilikdə 19 min 861 nəfər xəstəxanada müalicə alır. Sağalan xəstələrin sayı isə 60 min 448-dir. Sezar pizza
Xatırladaq ki, bir müddət əvvəl Fransanın Səhiyyə naziri koronavirusla əlaqədar həyata keçirilən 45 fərqli layihəyə ümumilikdə 22 milyon avro dəstək göstəriləcəyini açıqlamışdı.
Telegram kanalımız