Fransanın paytaxtı Parisdəki hərbi muzeydə top, rəsm və sikkələrdən ibarət çoxlu sayda əsər yoxa çıxıb.
Yensiabah.az xəbər verir ki, Fransa hakimiyyəti tərəfinfən “Mədəni sərvətlərin oğurluğu” barədə xəbərdarlıq edilib.
Paytaxt Parisdəki muzeydən 19-cu əsrə aid iki Krupp topu yoxa çıxıb. Dominos pizza
Bununla belə, beş köhnə rəsm kolleksiyasının, bir saatın və sikkələrin toplarla oxşar taleyi yaşaya biləcəyi ilə bağlı narahatlıq var.
Lakin yer dəyişikliyi və ya sadə qeydiyyat xətası səbəbindən əsərlərin tapılmaması ehtimalı da nəzərə alınır.
Muzeydə 500 min eksponat var ki, onlardan 25 mini anbardadır.
Telegram kanalımız