Fransada nazirin evi qarət olundu

saytların hazırlanması

Evə çatdırılma

Fransada nazirin evi qarət olundu

Dünya

05 Dekabr 2025 20:51 740


Fransada ekoloji keçiddən məsul olan nazir Matye Lefevrin Parisdəki mənzilindən təxminən 10 000 avro dəyərində zinət əşyaları oğurlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Oğrular axşam saatlarında, nazirin nə özü, nə də sevgilisi olmadığı zaman evə daxil olublar. Dominos pizza

Hüquq-mühafizə orqanlarının məlumatına görə, oğrular qapını cütlüyün poçt qutusunda saxladığı ehtiyat açarla açmış ola bilərlər. Çünki bu açar soyğundan sonra yoxa çıxıb.

Lüksemburq Bağlarının yaxınlığında yerləşən mənzildən heç bir sənəd oğurlanmayıb. Oğrular yalnız zinət əşyalarını aparıblar./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!