Fransada koronavirus pandemiyası başladığı gündən bəri ən çox gündəlik yoluxma sayı qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, ölkədə son sutka ərzində 13 min 215 nəfərə COVID-19 diaqnozu qoyulub. Beləliklə, ölkədə ümumi yoluxma sayı 428 min 696 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə virus səbəbilə ölənlərin sayı isə 154 nəfər artaraq 31 min 249 nəfər olub. pizza hut
Nazirlik 571 nəfər reanimasiyada olmaqla 3 min 626 nəfərin xəstəxanalarda müalicə aldığını açıqlayıb.
Qeyd edək ki, ölkədə koronavirusa səbəbilə fəaliyyəti dayandırılan məktəb sayı 89-a çatıb.
Telegram kanalımız