Fransada tarixi qərar: Qəzzalı ana və oğluna qaçqın statusu verildi

saytların hazırlanması

Evə çatdırılma

Fransada tarixi qərar: Qəzzalı ana və oğluna qaçqın statusu verildi

Dünya

16 İyul 2025 17:29 359


Fransada məhkəmə Qəzzadan olan bir qadın və onun oğluna rəsmi şəkildə qaçqın statusu verib. Bu qərar ölkədə Qəzza ilə bağlı qəbul edilən ilk hüquqi qərar kimi tarixə düşüb.

Yenisabah.az xəbər verir ki, qərarı Fransa Qaçqınlar İdarəsi (Ofpra) verib. Qurumun məlumatına görə, Qəzzada davam edən müharibə və bölgədəki humanitar fəlakət bu qərarın əsas səbəblərindən biri olub.

Qərar cəmiyyət tərəfindən də diqqətlə izlənilib və Fransadakı İnsan Haqları Təşkilatları bu addımı humanist yanaşmanın nümunəsi kimi qiymətləndiriblər. Toyuqlu pizza

Məlumata görə, ana və oğlu müharibədən canlarını qurtarmaq üçün Qəzzadan çıxaraq Fransaya sığınmışdılar. Onların müraciəti əvvəlcə araşdırılıb, daha sonra isə beynəlxalq hüquqa uyğun olaraq, müharibə bölgəsindən gələn sığınacaq axtaran şəxslər kateqoriyasına daxil edilib.

Qeyd edək ki, bu qərar gələcəkdə digər Qəzza sakinlərinin də Fransada sığınacaq almaq şanslarını artıra bilər.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!