Fransada telekanal işçiləri partlayış hədəsi səbəbindən təxliyə edildi

saytların hazırlanması

Evə çatdırılma

Fransada telekanal işçiləri partlayış hədəsi səbəbindən təxliyə edildi

Dünya

29 Noyabr 2025 22:46 879


Fransanın "France Televisions" dövlət tele-radio şirkətinin əməkdaşları binada bomba qoyulduğu barədə məlumatdan sonra təcili şəkildə təxliyə olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "France Info" məlumat yayıb.

Hadisə yerli vaxtla 17:30-da (Bakı vaxtı ilə 20:30) baş verib. Şirkətin telekanal və radio stansiyalarının yayımı dayandırılıb. pizza sifarişi

Telekanalın efirində həyəcan siqnalı səslənib və aparıcı “Biz yayımı dayandırmağa məcburuq” deyə tamaşaçılara müraciət edib.

Hadisə ilə bağlı polis və kinoloqlar əraziyə cəlb olunub.

Xatırladaq ki, Bir neçə gün əvvəl oxşar insident BFMTV telekanalında yaşanmış, lakin həmin zaman binada heç bir partlayıcı qurğu aşkar edilməmişdi./APA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!