Fransada ukraynalı hərbçilərin təlim keçdiyi bazanın üzərində dronlar göründü

saytların hazırlanması

Evə çatdırılma

Fransada ukraynalı hərbçilərin təlim keçdiyi bazanın üzərində dronlar göründü

Dünya

25 Sentyabr 2025 23:18 295


"Keçən həftəsonu Fransanın Marna departamentində yerləşən Murmelon-le-Qran hərbi bazası üzərində naməlum pilotsuz uçuş aparatlarının (PUA) uçuşları qeydə alınıb".

Oxu.Az-ın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fransa Müdafiə Nazirliyinin Marnadakı nümayəndəsi bildirib.

Fransa Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib ki, hələlik PUA-ların buraxılması ilə bağlı xarici müdaxilədən danışmaq üçün heç bir əsas yoxdur. Dominos pizza

AFP-nin məlumatına görə, 2024-cü ildə Murmelon-le-Qran hərbi bazası Fransa ərazisində təlim keçən ukraynalı hərbi qulluqçuların bir hissəsini qəbul edib. Hazırda orada PUA operatorları üçün taktiki hazırlıq mərkəzi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!