Fransadan şok: İrana hərbi müdaxilə qaçılmazdır

saytların hazırlanması

Evə çatdırılma

Fransadan şok: İrana hərbi müdaxilə qaçılmazdır

Siyasət

02 Aprel 2025 22:57 660


İranın nüvə proqramını məhdudlaşdırmaq üçün yeni razılaşmanın əldə edilməsi şansları zəifdir. Əgər bu razılaşma imzalanmasa, hərbi qarşıdurmadan qaçmaq çox çətin olacaq.

Yenisabah.az xəbər verir ki, bu sözləri Fransa XİN başçısı Jan Noel Barro deyib.

“Bu müqavilənin (2015-ci ildə İranla bağlanan və ABŞ-ın çıxdığı nüvə sazişi – red.) vaxtının bitməsinə cəmi bir neçə ay qalıb. Yeni müqavilə uğursuz olarsa, hərbi müdaxilədən qaçmaq, demək olar ki, mümkün olmayacaq”, - Barro parlament dinləmələri zamanı bildirib. Sezar pizza

Barro əlavə edib ki, xarici vətəndaşların İslam Respublikasında saxlanılması ilə bağlı AB-nin İrana qarşı yeni sanksiyaları da yaxın həftələrdə təsdiqlənəcək./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!