Fransanın müstəmləkə dövrü zamanı Əlcəzairdə keçirdiyi nüvə sınaqlarının təsiri bölgədə hələ də davam edir.
Yenisabah.az xəbər verir ki, bunu Əlcəzair xarici işlər naziri Səbri Bukadum Tvitterdə qeyd edib.
“Fransanın nüvə bombası sınağı Xirosimaya atılan atom bombasının 3-4 qatına bərabər, 70 kiloton gücündə olduğu ortaya çıxdı. Partlayışın dəhşətli təsirləri hələ də davam edir”, - o bildirib. (Axar.az) pizza sifarişi
Qeyd edək ki, Fransanın 1960-1966-cı illərdə Əlcəzair səhrasında ən az 17 nüvə sınağı keçirdiyi bildirilir. Əlcəzair buna görə Fransadan təzminat tələb etsə də, qarşı tərəf bu tələbləri qəbul etməyib.
Telegram kanalımız