“Fransanın əli müsəlmanların qanına batıb”   - Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Fransanın əli müsəlmanların qanına batıb” - Millət vəkili

Siyasət

03 Oktyabr 2020 11:19 1331


Fransa Prezidenti Emmanuel Makron, Fransanın dünyəvi dəyərlərini "islamçı radikalizm"dən qorumaq üçün planını açıqlayıb. O, islam dininin "bütün dünyada böhran içində olduğunu" söyləyib. Bu isə müsəlman fəalların əks reaksiyasına səbəb olub. Cümə günü çoxdan gözlənilən müraciətində, Makron, Fransada dinin təhsildən və dövlət sektorundan sıxışdırmaqla bağlı niyyətindən çəkinməyəcəyini bildirib. E.Makronun həm bu davranışı, həm də buna qədər İslamın əleyhinə olan fikirləri onun əsl anti-islamçı simasını ifşa edib. Baş verənlər aydın şəkildə göstərib ki, Fransa prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi də onun erməni lobbisinin təsiri altında olması ilə yanaşı, eyni zamanda İslam aləminə nifrəti ilə birbaşa əlaqəlidir. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Ceyhun Məmmədov Fransanın bu cür qərəzli mövqeyinin “tarixi missiya” olduğunu bildirib:

“Fransanın İslama münasibəti tarix boyu daim müzakirə obyekti olub. Bildiyiniz kimi , Fransanın  müsəlman şərqinə Türkiyəyə münasibəti həmişə qərəzli olub. Biz bunu hər zaman müşahidə etmişik. Mən deyərdim ki, Fransa hazırda "tarixi missiya"nı təkrar edir. Fransanın əli bir çox müsalmanın qanına batıb, Əlcəzairdə nə qədər müsəlmanı qətlə yetiriblər. Fransa Türkiyənin Yunanıstanla problemində də qərəzli mövqe tutdu. Bundan başqa, Fransada çap olunan jurnal vaxtilə bir neçə dəfə Məhəmməd peyğəmbərin karikaturasını yaydı”. Toyuqlu pizza

Deputat bu münasibətin Dağlıq Qarabağ münaqişəsində də özünü göstərdiyini qeyd edib:

“Ümumiyyətlə, Fransada bu kimi halları biz geniş müşahidə edirik. Təəssüf ki, bu münasibəti Dağlıq Qarabağ münaqişəsində də açıq şəkildə görürük. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Ermənistan çoxsaylı təxribatlar, Xocalı qətliamını törədəndə, bütün beynəlxalq hüquq normalarını pozanda səsini çıxarmırdı. Amma indiki proseslərdə ən aktiv dövlətlərdən biri Fransadır, öz ənənəsinə sadiqdir, yenə də təhlükəli missiyasını yerinə yetirir, erməni sevgisini, təəssübkeşliyini açıq şəkildə ortaya qoyur. 20 faiz torpağı işğal olunan ölkə bizik, 1 milyon əhalimiz məcburi köçkündür. Bu gün Fransa haqqın, ədalətin yanında olmalı idi. Çünki, Azərbaycan öz torpaqlarını terrorçulardan təmizləyir. BMT-nin icrası qeyd-şərtsiz tələb olunan dörd qətnaməsi var, beynəlxalq hüquq normaları Azərbaycanı dəstəkləyir. Ancaq bunlara baxmayaraq, tarixdə oynadığı rolu Fransa yenə təkrarlayır, qərəzli mövqe nümayiş etdirir. Fransa bu gün də Ermənistanın yanındadır. Bu, Fransada xarakterik hal alıb. Azərbaycan vətəndaşları Fransanın bu proseslərdə iştirakının əleyhinədir. Ümumiyyətlə, Fransanın ATƏT-in Minsk qrupunda olmasının  əleyhinəyik. Çünki Fransa ədalətli deyil, qərəzlidir. Belə bir dövlətdən haqq, ədalət gözləmək, məncə, sadəlövhlük olardı. Fransa müsəlmanlara qarşı qərəzli mövqeyini bir daha sərgiləyir”.  

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!