Fransanın təyyarədaşıyan gəmisinə doğru uçan dron zərərsizləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Fransanın təyyarədaşıyan gəmisinə doğru uçan dron zərərsizləşdirildi

Dünya

26 Fevral 2026 21:24 366


Fransa Silahlı Qüvvələri "Şarl de Qoll" təyyarədaşıyan gəmisinə doğru uçan PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə LCI telekanalı Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə İsveç sahillərində, Malmö şəhəri yaxınlığında baş verib. Fransa hərbçiləri dronun İsveç Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyini və elektron əks-tədbir sistemini işə saldığını açıqlayıb. Sezar pizza

Dronun qalıqları hələ tapılmayıb və hansı ölkəyə aid olması ilə bağlı heç bir məlumat yoxdur./APA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!