Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Yenisabah.az trend-ə istinadla xəbər verir ki, prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.
O bildirib ki, Fransanın Azərbaycandakı səfirliyində 3 nəfərlə əlaqəsi olub: "Həmin adamlar xüsusi xidmət orqanlarının əməkdaşları idi. Bu şəxslər mənə bəlli bir məbləğ qarşılığında bir iş görməyimi təklif etdilər. Mən onlara inanıb əməkdaşlıq etmişəm. Vaxt keçdikcə əlaqəni kəsə bilmədim. Buna görə də peşmanam. İş üzrə günahkar Fransa hökumətidir. pizza mizza
Mən buraya biznes qurmaq üçün gəlmişəm. 2015-ci ildə turist kimi Azərbaycana gəldim, bir il sonra burada Ramin adlı şəxslə tanış oldum və iş qurduq. İşlərimiz inkişaf etdi. Mənim səfirliklə əlaqələrim genişləndi. Biz Fransa şirkətlərini işə cəlb etdik. Mən Azərbaycana köçdüm, dili öyrəndim".
Ardınca təqsirləndirilən şəxs ifadəsində bildirib:
"Onlar Azərbaycanla yanaşı, İran və Rusiya ilə bağlı məlumatları toplayıb onlara bildirməyimizi istəyirdilər".
Martin Ryan qeyd edib ki, Fransa səfirliyində 4-cü agent olub: "Həmin agentin Azadla əlaqəsi olub. Mən də onunla bir dəfə görüşmüşəm".
O, ifadəsinin sonunda bu işdə günahkarın Fransa hökuməti olduğunu söyləyib: "Fransa hökuməti vətəndaşının arxasında durmalı, məni pis vəziyyətdə saxlamalı deyildi. 15 aydır həbsdəyəm. Demək olar hər şeyimi itirmişəm. Hesab edirəm ki, Fransa hökuməti mənimlə dürüst davranmalı, mənə kömək etməli, həmin agentlərin davranışına görə Azərbaycan dövləti qarşısında məndən üzr istəməlidir".
Proses martın 12-də davam etdiriləcək.
Telegram kanalımız