Fransızlar Azərbaycandan üzr istədi -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Fransızlar Azərbaycandan üzr istədi - Foto

İdman

14 Yanvar 2021 12:12 1266


Fransa Güləş Federasiyası Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, qurum Azərbaycan Güləş Federasiyasından üzr istəyib.

Fransalılar bu səhvin siyasətlə bağlı olmadığını vurğulayıb: “Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyası və ictimaiyyətindən üzr istəyirik. Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə yaxşı mübarizə arzulayırıq”. (Apasport.az) pizza sifarişi

Qeyd edək ki, yarışda 27 ölkəni təmsil edən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!