Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

saytların hazırlanması

Evə çatdırılma

Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir

Dünya

03 Yanvar 2025 22:53 663


Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını da istəsə də, 28%-i Makronun getməsinə qarşıdır. Yalnız sorğuda iştirak edənlərin 1%-i cavab verməkdə çətinlik çəkib. Pepperoni pizza

Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib.

Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər Baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Odur ki, respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni Baş nazir təyin etməli olacaq.

Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!