Fransızların polisə inamı sarsılıb

saytların hazırlanması

Evə çatdırılma

Fransızların polisə inamı sarsılıb

Dünya

28 Noyabr 2020 09:23 887


Fransa Prezidenti Emmanuel Makron qaradərili fransızın polis tərəfindən döyülməsini qınayıb və hökumətdən xalqın hüquq-mühafizə orqanlarına olan inamını artırmaq üçün təkliflər verməsini tələb edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Makron  “Facebook” hesabında yazıb: :Mişel Zeklerə polis hücumu qəbuledilməzdir. Onlar bizi utandıracaq. Məmurlar “nifrət və irqçiliyin çiçəklənməsinə” yol verməməlidir”. 

Polislə vətəndaşlar arasındakı nümunəvi münasibətlərin mövcudluğuna inandığını vurğulayan Fransa lideri utancverici halların bir daha yaşanmasına dözməyəcəyini deyib. (APA) Dördpendirli pizza

Qeyd edək ki, Makronun haqqında bəhs etdiyi zənci prodüser Zekler noyabrın 21-də polislər tərəfindən döyülüb. O, koronavirus pandemiyası ilə əlaqədar Fransada qüvvədə olan sanitariya qaydalarını pozaraq küçədə maskasız gedərkən polisin onu cərimələyəcəyindən qorxaraq qaçmağa başlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları onu izləyərək gizləndiyi binada yaxalayıblar. Polislər prodüseri döyməyə və təhqir etməyə başlayıblar. Hadisə anbaan videoya çəkilib. Həmin görüntülər ölkədə kütləvi etirazlara səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!