“Frayburq” “Qarabağ”a qarşı bu heyətlə oynayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Frayburq” “Qarabağ”a qarşı bu heyətlə oynayacaq

İdman

06 Sentyabr 2022 12:14 932


Avropa Liqasının qrup mərhələsinin ilk turunda Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Almaniyanın “Frayburq” komandası iştirak ərizəsini UEFA-ya təqdim edib.

Yenisabah.az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Kristian Ştrayxın açıqladığı heyətə qapıçılar - Benyamin Uphoff, Mark Flekken, müdafiəçilər - Uqo Sike, Filip Linhardt, Manuel Qulde, Lukas Kübler, Mattias Ginter, Kristian Günter, Keven Şlotterbek, Endi Xoti, yarımmüdafiəçilər - Jonatan Şmid, Maksimilian Eggeştayn, Yannik Kaytel, Nikolas Höfler, Çon U Yon, Vinçentso Qrifo, Merlin Röl, Ritsu Doan, hücumçular - Lukas Höler, Daniel-Kofi Köreh, Nils Petersen, Roland Şallai, Mixael Qreqoriç və Vinsent Vermeyin adı daxil edilib.

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də keçiriləcək. “Europe Park” stadionunda təşkil olunacaq G qrupunun birinci tur oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!