“Frayburq“ və “Qarabağ“ matçının hakimləri bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Frayburq“ və “Qarabağ“ matçının hakimləri bəlli oldu

İdman

06 Sentyabr 2022 13:08 1144


Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb.

Yenisabah.az xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Erik Lambrextsə Jo de Veirdt və Matias Hillert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaq. pizza

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki "Europa-Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!