Frida Kahlonun son avtoportreti SATILDI - 34,9 milyon dollara   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Frida Kahlonun son avtoportreti SATILDI - 34,9 milyon dollara - FOTO

Mədəniyyət

17 Noyabr 2021 15:36 1908


20-ci əsrin ən tanınmış rəssamlarından biri olan Frida Kahlonun son portreti  ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda 34,9 milyon dollara satılıb.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, əsərdə Frida özünü və alnında əri Dieqo Riverin çəkilmiş şəklini təsvir edib.

Satılan bu əsər Fridanın ölmədən öncə tamamladığı son avtoportretdir. pizza hut

Verilən açıqlamaya görə, 1949-cu ildə çəkilmiş bu əsər 34.9 milyon dollara satılaraq rekord qırıb.

Portretin Latın Amerikası incəsənətinin məşhur kolleksiyaçısı və Buenos-Ayresdəki Latın Amerikası İncəsənət Muzeyinin yaradıcısı Eduardo Kostantini tərəfindən alındığı bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!