FSB casusluq ittihamı ilə azərbaycanlını həbs etdi

saytların hazırlanması

Evə çatdırılma

FSB casusluq ittihamı ilə azərbaycanlını həbs etdi

Dünya

21 Avqust 2025 13:21 325


Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB - FTX) 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Yadulla Rufullayevi Dağıstanın Yaraq-Kazmalyar keçid məntəqəsində saxlanılması barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, azərbaycanlı şəxs Ukraynaya göndərmək üçün “Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış” məxfi sənədləri gəzdirib.

Saxlanılan şəxs Ukraynada yaşayan və SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti - UTX) agenti olan qardaşı, 1981-ci il təvəllüdlü Səbuhi Rufullayevin göstərişi ilə hərəkət etdiyini etiraf edib. Pepperoni pizza

FSB-nin məlumatına görə, o, sənədləri və mobil telefonu Ukraynaya keçirmək üçün Kurqan vilayətində götürüb.

Qurum 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan “düşmənə yardım” maddəsi ilə cinayət işinin başlandığını açıqlayıb.

FSB həmçinin iddia edir ki, işdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və cinayətin sifarişçilərinin tapılması üçün “əməliyyat-istintaq tədbirləri” həyata keçirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!