FTX Duginanın qətliylə bağlı yeni məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

FTX Duginanın qətliylə bağlı yeni məlumat yaydı

Maraqlı

29 Avqust 2022 12:55 1084


Rusiya xüsusi xidmət orqanları jurnalist və politoloq Darya Duginanın qətlində daha bir Ukrayna vətəndaşını təqsirli bilir.

Yenisabah.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Duginanın qətlində Natalya Vovk ilə bərabər daha bir Ukrayna vətəndaşının əli olduğunu açıqlayıb.

FTX-nın məlumatına görə, 1978-ci il təvəllüdlü Boqdan Tsıqanenko 2022-ci il iyulun 30-da Rusiyaya Estoniyadan keçərək gəlib və Darya Duginanın qətli ərəfəsində ölkəni tərk edib. Dördpendirli pizza

Ehtimala görə, Tsıqanenko Vovka saxta avtomobil nömrələri verib və əldəqayırma partlayıcı qurğunun hazırlanmasında ona kömək edib.

Xatırladaq ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Dugina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duginanın həyatına son qoyub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!