Rusiyadan deportasiya edilən jurnalist Fuad Abbasov gecə saatlarında Bakıya gəlib.
“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu ailə üzvləri, yaxınları qarşılayıb. F. Abbasov deportasiya edilməsinin onun üçün gözlənilməz olduğunu bildirib:
"Bu qədər insanın gəlməsini istəmirdim. Mənim üçün də çıxmağım gözlənilməz oldu. Dünən axşam sorğu keçirildi. Bu gün səhər gözlənilmədən xəbər çıxdı ki, Rusiyanı tərk edirəm. Bir müddət istirahət etdikdən sonra mətbuat konfransı keçirəcəm. Səhhətimdə heç bir problem yoxdur". pizza sifarişi
Telegram kanalımız