Fuad Abbasov deputatlığa namizədliyini irəli sürdü -   Sabiq icra başçısı rəqibi olacaq

saytların hazırlanması

Evə çatdırılma

Fuad Abbasov deputatlığa namizədliyini irəli sürdü - Sabiq icra başçısı rəqibi olacaq

Sosial

17 Dekabr 2019 21:01 1818


Tanınmış jurnalist Fuad Abbasovun Xəzər TV-nin Xəbərlər departamentində işə başladığı haqda informasiya yayılıb.

İddialara görə, jurnalist yaxın günlərdə siyasi mövzulu proqramda aparıcılıq edəcək. Eyni zamanda, onun “Xəzər” TV-nin Xəbərlər Depertamentinə baş redaktor vəzifəsinə təyin olunacağının gözlənildiyi də bildirilir.

"Yeni Sabah" xəbər verir ki, modern.az-ın əməkdaşı yayılan informasiya ilə bağlı Fuad Abbasovla əlaqə saxlayıb. pizza mizza

Fuad Abbasov əməkdaşımızla qısa söhbət zamanı Xəzər TV-də çalışdığı barədə informasiyanı təkzib edib.

O, 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar  parlament seçkilərində iştirak etmək üçün hazırlaşdığını bildirib.

“Deputatlığa namizədliyimi irəli sürmüşəm. Sənədlərimi Xətai rayonu 33 saylı birinci seçki dairəsinə təqdim etmişəm.

Artıq imza toplamağa da başlamışam. Deputatlığa namizədliyimin təsdiqlənəcəyinə əminəm. Belə olan halda hər hansı televiziya kanalında aparıcılıq etməyim və özüm haqqında təbliğat aparmağım düzgün olmaz”.

Qeyd edək ki, keçmiş icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də 33 saylı Xətai birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!