Fuad Abbasovun ailəsi Rusiya səfirliyi qarşısında aksiya keçirir

saytların hazırlanması

Evə çatdırılma

Fuad Abbasovun ailəsi Rusiya səfirliyi qarşısında aksiya keçirir

Siyasət

23 May 2019 12:20 1162


Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya olunması ailə üzvlərinin və bir sıra fəalların etirazına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, onlar hazırda Rusiya Səfirliyinin qarşısında aksiya keçirirlər.  F.Abbasovun ailə üzvləri və sadə vətəndaşların iştirakı ilə keçirilən aksiyada jurnalistin saxlanmasına etiraz bildirilib, onun azadlığa buraxılması tələb olunub. Rusiya səfirliyinin əməkdaşı aksiyanın qətnaməsini qəbul edərək, aidiyyəti ünvana çatdırılacağını bildirib.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir. Fuad Abbasovun vəkili Elman Paşayevin sözlərinə görə, o, mayın 28-də Azərbaycana deportasiya ediləcək.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!