Fuad Heydərov Dövlət Xidmətinin müvəqqəti rəisi oldu

saytların hazırlanması

Evə çatdırılma

Fuad Heydərov Dövlət Xidmətinin müvəqqəti rəisi oldu

Sosial

18 İyul 2019 10:44 4842


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

"Yeni Sabah" bildirir ki, bu barədə Oxu.Az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə təyinat olmayıb: Sezar pizza

“Hazırda qurumun rəis müavini Fuad Heydərova müvəqqəti olaraq, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinin səlahiyyətlərini yerinə yetirmək tapşırılıb”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Dövlət Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq öz istəyi və ərizəsi əsasında vəzifəsindən ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!