Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı

saytların hazırlanması

Evə çatdırılma

Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı

Sosial

31 İyul 2025 19:18 20599


Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib. pizza

Qeyd edək ki, Zemfira Məsiyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanasıdır./Ajans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Haller
    ...ne yogurdum, ne yaptim hazirca koke tapdim...bura beledir, efsuslar
    10 months ago