Fuad Qəhrəmalı ilə Zümrüd Yağmurun məhkəməsi təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Fuad Qəhrəmalı ilə Zümrüd Yağmurun məhkəməsi təxirə salındı

Sosial

17 Oktyabr 2019 16:44 1090


Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Trend"ə özəl olaraq Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, o və müvəkkili bu gün keçirilən məhkəmə prosesinə getməsə də, məhkəməyə rəsmi müraciət göndərib: "Müraciət etmişdik ki, prosesə qatıla bilmirik və xahiş etmişdik ki, prosesə bizim iştirakımız olmadan baxılsın və iddia təmin olunsun. Deyəsən qarşı tərəf də prosesə gəlmədiyi üçün məhkəmə prosesi oktyabrın 24-nə keçirilib". Dördpendirli pizza

Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!