Daxili İşlər Nazirliyi AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızına küçədə hücum edilməsi və təhqir olunmasına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, vətəndaşlar qarşılaşdıqları kriminal xarakterli əməllər, hüquq pozuntuları ilə bağlı nazirliyin “102 Xidməti”nə müraciət etməlidirlər:
“Bu hadisə ilə də bağlı “102 Xidməti”nə müraciət edilib. Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub. Faktla bağlı ərizə alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”. pizza sifarişi
Qafqazinfo.az
Telegram kanalımız