Fuad Qəhrəmanlıya 3 maddə ilə ittiham irəli sürülüb

saytların hazırlanması

Evə çatdırılma

Fuad Qəhrəmanlıya 3 maddə ilə ittiham irəli sürülüb

Siyasət

25 İyul 2020 12:16 1317


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qərhəmanlı barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə partiya fəalları məlumat yayıb.  Fuad Qəhrəmanlıya Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (polisə tabe olmamaq) və  278-ci maddəsi ilə (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, yaxud hakimiyyətin zorla saxlanılması, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ittiham irəli sürülüb.

Rəsmu qurumlar Fuad Qəhrəmanlının həbsi ilə bağlı hələ məlumat yaymayıb. Fuad Qəhrəmanlının vəkili və ailə üzvləri də onun həbsinin səbəbləri ilə bağlı açıqlama verməyib. pizza hut

Bundan əvvəl, Fuad Qəhrəmanlı 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra həmin il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. O 10 il azadlıqdan məhrum edilib və 2019-cu il martın 16-da Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP 14 iyulda Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident üzrə qaldırılmış cinayət işi üzrə 30-dan çox fəalınlın saxlanıldığını bildirir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!