Futbol komandası minalanmış stadionda oynayırmış

saytların hazırlanması

Evə çatdırılma

Futbol komandası minalanmış stadionda oynayırmış

İdman

27 Aprel 2022 20:49 428


Rusiyanın Kalininqrad vilayətindəki Sovetsk şəhərindəki futbol meydançasının altında Böyük Vətən Müharibəsindənqalma partlamamış minalar və mərmilər tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının nümayəndəsi “İnterfaks”a danışıb.

Məlumatda qeyd olunur ki, yerli “Krasnaya Zvezda” futbol komandası bütün bu müddət ərzində həmin meydançada məşq edib və oynayıb: pizza mizza

"Aprelin 18-də 1930-cu ildə, müharibədən əvvəl tikilmiş şəhər stadionu əsaslı təmirə bağlanıb. Podratçı şirkət partlayıcı obyektlərin axtarışı və zərərsizləşdirilməsi ilə məşğul olan təşkilatı dəvət edib və bu ehtiyat tədbiri olduqca faydalı olub.

İdman arenasında minalar və müxtəlif partlamamış mərmilər tapılıb. Görünür belə təhlükəli tapıntılar hələ aşkar olunacaq. Çünki 1945-ci ilin yanvarında sovet qoşunları (o vaxt şəhərin adı Tilzit idi) Sovetsk uğrunda şiddətli döyüşlər aparıblar.

Müharibədən sonra şəhər minalardan təmizlənsə də, bəzi yerlərdə hələ də qalıb. Nəticədə, bir çox onilliklər ərzində yerli idmançılar minalanmış stadionda oynayıblar. Xoşbəxtlikdən bütün bu müddət ərzində faciə yaşanmayıb".

Qeyd edək ki, “Krasnaya Zvezda” Kalininqrad vilayətinin çempionatında çıxış edir./Fanat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!