Futbol oyunlarının vaxtı 60 dəqiqəyə endirilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Futbol oyunlarının vaxtı 60 dəqiqəyə endirilə bilər

İdman

06 May 2022 17:16 250


Futbol oyunlarının vaxtı 90 dəqiqədən 60 dəqiqəyə endirilə bilər.

Yenisabah.az xəbər verir ki, UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA məsələni nəzərdən keçirir.

Tanınmış hakim Mark Klattenburq bununla bağlı “Daily Mail” qəzetindəki yazısında bildirib. O qeyd edib ki, "təmiz vaxt" tətbiqi də müzakirə edilir: "Hakimlər oyunda dayanmaların mübahisəli məsələ olduğunu bilirlər. Qalib komanda sonda az, məğlub tərəf isə daha çox vaxt tələb edir. Düşünürəm ki, bunun həll yolu "təmiz vaxt"ı tətbiq etmək və matçları 60 dəqiqə etməkdir. Kollina, FIFA və IFAB hazırda bu ideyanın üzərində işləyir. Bu sistem basketbolda var. Futbolda da tətbiq oluna bilər. pizza

Bu sistemdə top kənarda olanda, futbolçular zədələnəndə və hakimlərlə söhbət edəndə matçın vaxtı dayandırılacaq. Beləliklə, hər matçın müddəti müəyyənləşəcək və vaxt məsələsindəki ziddiyətdən xilas olacağıq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!