Futbol oyununda insident - “Pala“nın plakatı

saytların hazırlanması

Evə çatdırılma

Futbol oyununda insident - “Pala“nın plakatı

İdman

06 Mart 2023 14:21 740


Türkiyə ikinci liqasında baş tutan “Bursapsor”-“Amed Sportif” (Diyarbakır) matçı qalmaqalla yadda qalıb.

Yenisabah.az xəbər verir ki, Diyarbakır təmsilçisi üzərində 2:1 qələbə qazanan bursalı azarkeşlərlə rəqib komanda fanatları arasında insident yaşanıb.

Qarşılaşma əsnasında bursalı azarkeşlər stadionda “Beyaz Toros”, “Pala” və “Yaşıl” ləqəbli Mahmut Yıldırım” plakatları yellənib. Marqarita pizza

“Amedspor” Diyarbakırı təmsil edir və separatçı – PKK ilə əlaqələrinin olmasında ittiham edilir.

Xatırladaq ki, “Beyaz Toros” 90-cı illərdə Türkiyədə baş verən üstü açılmayan cinayətlərin rəmzi kimi dəyərləndirilir. Mahmut Yıldırım isə PKK ilə mübarizə aparan MIT təmsilçisi olub.

“Kurtlar Vadisi”ndəki “Pala” obrazı birbaşa Mahmut Yıldırım prototipi əsasında yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!