Futbolçu anasının koronavirusdan öldüyünü təkzib etdi   - “Xəstəydi...“

saytların hazırlanması

Evə çatdırılma

Futbolçu anasının koronavirusdan öldüyünü təkzib etdi - “Xəstəydi...“

İdman

24 İyun 2020 16:27 889


"Anam bir müddət idi xəstəlikdən əziyyət çəkirdi".

Yenisabah.az xəbər verir ki, bunu apasport.az-a bu gün anası rəhmətə edən "Sabah"ın yeni transferi Amin Seydiyev deyib.

Futbolçunun anası 58 yaşında vəfat edib. "Qəbələ"dən paytaxt klubuna keçən gənc müdafiəçi anası Şəhla xanımın uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini vurğulayıb: Toyuqlu pizza

"Anamın koronavirusdan vəfat etməsi barədə iddialar var. Ancaq bu, heç də belə deyil. Anamda koronavirus xəstəliyi aşkarlanmayıb. Həm onun, həm də bizim testimizin cavabı mənfi çıxıb. Sadəcə, xəstəliyi var idi, ondan rəhmətə gedib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!