Amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən holland futbolçu Fernando Riksen sosial şəbəkə vasitəsi ilə azarkeşlərə müraciət edib.
“Yeni Sabah” xəbər verir ki, iyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanın öz razılığı ilə həyatdan məhrum edilməsidir) ediləcək. Riksen evtanaziya ediləcəyi gün canlı yayım edərək hər kəslə vidalaşacağını Tvitter hesabında qeyd edib:
"28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin, bu gecəni unudulmaz edək". Sezar pizza
Qeyd edək ki, 2013-cü ildən bəri xəstəlikdən əziyyət çəkən Riksenin çəkisi son dövrlərdə 38 kiloqrama qədər düşüb. 42 yaşlı veteran futbolçu karyerası ərzində Hollandiyanın "Fortuna", "Alkmaar", Şotlandiyanın "Reyncers" və Rusiyanın "Zenit" klublarında çıxış edib. O, 2000-2003-cü illərdə Hollandiya millisində 12 oyun keçirib.
Telegram kanalımız