Futbolçular azarkeşlərin bilet pulunu qaytaracaq - Uduzduqlarına görə 

saytların hazırlanması

Evə çatdırılma

Futbolçular azarkeşlərin bilet pulunu qaytaracaq - Uduzduqlarına görə 

İdman

25 Aprel 2023 23:09 1050


İngiltərə Premyer Liqasının 31-ci turunda "Nyukasl"a 1:6 hesabı ilə məğlub olan "Tottenhem"in futbolçuları azarkeşlərin könlünü almaq istəyir.

Yenisabah.az xəbər verir ki, oyunçular səfər matçında komandanı dəstəkləyən fanatların bilet pulunu geri qaytaracaq. Bununla bağlı klubun rəsmi saytında futbolçuların adından açıqlama paylaşılıb:

"Komanda olaraq məyusluğunuzu və qəzəbinizi başa düşürük. Bilirik ki, belə vəziyyətlərdə sözlər kifayət etmir, amma inanın ki, hər məğlubiyyət bizi incidir. Həm evdə, həm də səfərdə dəstəyinizə görə minnətdarıq. Bununla əlaqədar olaraq, azarkeşlərə "Sent Ceyms Park"da keçirilən matçın biletlərinin pulunu geri qaytarmaq istərdik". Dördpendirli pizza

Xatırladaq ki, "Tottenhem" bu məğlubiyyətdən sonra martda mövsümün sonuna qədər müqavilə imzaladığı baş məşqçisi Kristian Stellini ilə yollarını ayırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!