“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov

saytların hazırlanması

Evə çatdırılma

“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov

İdman

02 Oktyabr 2020 00:45 876


“Əvvəla, futbolçuları yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün əsgər kimi idilər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Legiya” ilə keçirilən oyun barədə danışarkən deyib.

Varşavada keçirilən qarşılaşmada rəqibi üzərində 3:0 hesablı inamlı qələbə qazanan Ağdam təmsilçisi qrup mərhələsində vəsiqə qazanıb. Sezar pizza

Oyunsonrası mətbuat konfransında Qurbanov komandanın çıxışından razılıq bildirib: “Legiya” yaxşı komandadır, amma oyun sistemini dəyişib. Düşünürəm ki, 3:0 hesabı bu matçın gedişatını tam əks etdirmir, çünki “Legiya” nəticənin göstərdiyindən daha yaxşı komandadır. Sadəcə, son vaxtlar Polşa komandasında çox dəyişiklik edilib. Əsgərlərimi, futbolçularımı təbrik etmək, “Legiya”ya və məşqçisinə uğurlar arzulamaq istəyirəm. Nəticədən çox məmnunam”  /Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!