“Futbolçularımız tam formada deyil” – Ayxan Abbasov

saytların hazırlanması

Evə çatdırılma

“Futbolçularımız tam formada deyil” – Ayxan Abbasov

İdman

30 İyul 2019 08:41 1388


"Bu günkü rəqibimiz indiyə qədər oynadıqlarımız arasında ən güclü, ən yaxşısı idi. Xatırladım ki, rəqib ötən mövsüm PTT 1-ci Liqanın qalibi olub və Superliqaya yüksəlib. Bu oyun bizim üçün önəmli idi. Komandanı belə güclü rəqibə qarşı görmək istəyirdik”. 

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Gənclərbirliyi” ilə olan yoxlama matçından (1:1) sonra deyib. Çalışdırıcı futbolçularının oyunundan razı qaldığını və çempionata qədər formada olmayan futbolçuların da formasını bərpa edəcəyini bildirib:

“Uşaqlar da mübarizə apardılar. İkinci hissədə qol epizodlarımız da oldu, amma, istifadə edə bilmədik. Buna baxmayaraq futbolçuların meydanda əzmkarlığı məni qane etdi. Bəzi futbolçularımız hələ tam formada deyil. Ümid edirəm ki, çempionatın startına qədər onlar da formasını tam bərpa edib komandaya kömək edəcəklər". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!