“Futbolçularımızın biri qızdırmadan yanır...” – Estoniyadakı idmançımız ilə   MÜSAHİBƏ

saytların hazırlanması

Evə çatdırılma

“Futbolçularımızın biri qızdırmadan yanır...” – Estoniyadakı idmançımız ilə MÜSAHİBƏ

İdman

13 Mart 2020 14:10 750


Dünyanın əksər ölkələrində yayılan koronavirus futbol ictimaiyyətinə də təsirsiz ötüşməyib. Bir çox ölkələrdə bütün növ idman yarışları dayandırılıb, bəzi ölkələrdə yarışların azarkeşsiz keçirilməsinə qərar verilib. Hətta vəziyyət o qədər ciddidir ki, UEFA Çempionlar Liqası və Avropa Liqası yarışlarını dayandırmağı düşünür. 

Estoniyanın "Trans Narva" klubunda çıxış edən azərbaycanlı futbolçu Nurlan Novruzov bu ölkədəki vəziyyətlə bağlı Yenisabah.az-a müsahibə verib:

-  Nurlan, Estoniyada koronavirusdan 17 nəfər ölüb. Komandanızda vəziyyət necədir? Hansı profilaktik tədbirlər görülür? pizza hut

-  Bəli, koronavirus sürətlə Avropaya yayılır. Burda da təhlükə var. Qərar qəbul edilib, oyunlar azarkeşsiz keçiriləcək. Eyni zamanda, məktəblər, bağçalar, marketlər – bu gün hər yer bağlanıb. Hazırda marketlərin bağlı olduğunu müşahidə edirəm. Amma nə edə bilərik? Məcburən özümüzü qoruyuruq. Hələ ki, Azərbaycana gələ bilməyəcəyəm. Ölkədən çıxışıza qadağa qoyulub. Amma bu günə kimi müayinədən keçməmişik. Bilmirəm, bəlkə də bu gün olacaq. Amma klub rəhbərliyi bizə əllə görüşməyi, çox adam olan yerə getməyi qadağan edib. Məşqlər ləğv edilib, oyunlar mayın 1-ə qədər dayandırılıb. Yəqin, vəziyyət ciddiləşdikcə başqa tədbirlər də görüləcək. 

-  Komandada virusa yoluxan varmı? 

-  Vallah, müdafiəçimizin biri qızdırmadan yanır. Hazırda həkim nəzarətindədir. Əgər onda virus tapılsa, hamımızı karantinə alacaqlar. 

-  Vəziyyətin belə dəyişməsi futbolçulara necə təsir edir? 

-  Bu gün yarım saatlıq məşqimiz vardı. Ləğv edildi. Önəmli olan futbolçuların sağlamlığıdır.

-  Bəzi ölkələrdə küçələrə əsaslı səbəbi olmadan çıxan şəxslər cərimə edilir. Belə qaydalar Estoniyada da tətbiq edilirmi? 

-  Hələ ki, yox. Amma mən belə şeylərə çox da fikir vermirəm. İlk növbədə təmizliyə riayət edirəm, qalanı da qismətə bağlıdır. Allah necə məsləhət bilir, elə də olacaq. İstilər gəlsə, virus məhv olacaq.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!