“Futbolçuların çoxu meydana çıxmağa qorxur“

saytların hazırlanması

Evə çatdırılma

“Futbolçuların çoxu meydana çıxmağa qorxur“

İdman

01 May 2020 13:20 877


Mançester Siti”nin futbolçusu Sexio Aquero koronavirus pandemiyasının yaratdığı çətinliklərdən danışıb.

Yenisabah.az Qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında məşqlərə başlayacaqları haqqında məlumatlandırıldıqlarını, ancaq matçların tarixi haqda heç nə bilmədiklərini deyib. O, oyunlara başlayacaqları təqdirdə də çətinliklərlə üzləşəcəklərini bildirib:

"Simptom göstərməyən, ancaq xəstəlik daşıyan insanlar var. Xəbərimiz belə olmadan virusa yoluxa bilərik.  Futbolçuların çoxu qorxur. Çünki uşaqları və ailələri var. pizza

"Biri xəstələnən kimi, düşünəcəyik ki, nə baş verir? Olduqca gərgin bir vəziyyət olacaq. Ancaq ümid edirəm ki, ən qısa zamanda virusun dərmanı tapılar və bütün bunlar sona çatar”.

Qeyd edək ki, Premyer Liqanın bərpası ilə bağlı müxtəlif tarixlər göstərilir. Hətta çempionatın erkən başa çatıdırılması haqda da xəbərlər yayılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!